“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək. (3)

14 Avqust, 2022

“4” aprel 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə sərəncam imzalanmışdır.

Bu sərəncamın əsas məqsədi karantinin təsiri nəticəsində iş yerlərinin azalmasına yol verməmək, sahibkarlara və vətəndaşlara maliyyə dəstəyi göstərmək və gələcəyə yönəlik iqtisadi, sosial planlar qurmaqdır

Qeyd edək ki, sərəncamda həm sahibkarların (məsələn vergi güzəştləri) həm də sadə vətəndaşların (məsələn birdəfəlik müavinət 190 manat) mənafeyinə toxunan məsələlərə yer verilir.

Sahibkarlar baxımından ilk öncə onu qeyd edək ki, bu Tədbirlər Planı bütün sahibkarlara yönəlsə də daha çox istiqaməti kiçik və orta sahibkarlığa yönəlmişdir. Ancaq elə istiqamətlər vardır ki, konkret qrup sahibkarlara yönəldilmişdir (Məsələn sahibkarlara birdəfəlik 80 milyon manat maliyyə dəstəyinin verilməsi konkret fərdi (mikro) sahibkarlara yönəldilmişdir).

Qeyd etdiyimiz kimi Tədbirlər Planı geniş sahəni əhatə etdiyindən konkret sahibkarlara aid istiqamətləri nəzərinizə çatdırmaq istəyirik: 1) İş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində
Bu istiqamət üzrə iqtisadi dəstək aşağıdakı kimidir: a) Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi

b) Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi

2) İqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqamətində

Digər Bloqlar

Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti