Haqqımızda

Biz kimik?

156 Evakuasiya xidməti olaraq 2011-ci ilin fevralından etibarən fəaliyyətə başlamış və sürücülərə avtomobillərin evakuasiyasını təklif etmişik. 156 Evakuasiya Azərbaycanda “Yol Yardım Xidməti”ni (Roadside Assistance) tam şəkildə həyata keçirən ilk şirkətdir.

Müasir texniki göstəriciləri olan evakuasiya avtomobilləri ilə hazırda müştərilərimizə – evakuasiya, ağırtonnajlı yüklərin və konteynerlərin daşınması, batmış avtomobillərin çıxarılması xidmətlərini təklif edirik.

Hazırda respublikanın bütün şəhərlərində (Naxçıvan MR istisna olmaqla) dislokasiya məntəqələrimiz mövcuddur ki, bu da bütün ölkə ərazisində operativ xidmət göstərməyimizə imkan verir. Təkcə Bakı şəhəri və Abşeron yarımadasında 70-dən çox dislokasiya nöqtəsindən müştərilərə xidmət göstəririk. Bu sayədə respublikanın istənilən nöqtəsinə minimum 15 dəqiqə ərzində çatırıq.

156 Evakuasiya xidməti
10+ il

təcrübə

90+

əməkdaş

100000+

müştəri

Müxtəlif göstəricilərə sahib 140-dan çox evakuatorlarımız 24/7 xidmətinizdədir.

Daim öz fəaliyyət sahəmizi genişləndirir və xidmət sahələrimizi inkişaf etdiririk.

156 çağrı mərkəzinə zəng etməklə istənilən vaxtda və gündə xidmətimizdən yararlana bilərsiniz.

Ərazi və məsafədən asılı olaraq müştərilərimizə minimum qiymət təklif edirik.

Peşəkar və təcrübəli işçi heyətimizlə yüksək səviyyədə xidmət göstəririk.

Bütün ölkə üzrə (Naxçıvan MR istisna) nəqliyyat vasitələrinin və ağırtonnajlı yüklərin təhlükəsiz şəkildə evakuasiyası.

Şirkət yarandığı gündən bu yana bir çox mükafatlar və sertifikatlara, habelə 2016-cı ildə “Təhlükəsizlik və Etibarlı Evakuasiya xidməti” sayəsində “İlin Şirkəti”, 2013-cü ildə “İlin Şirkəti” nominasiyası üzrə nüfuzlu mükafatlara, 2011-ci ildə isə “Beynəlxalq İdarəetmə sisteminə uyğunluq” sertifikatına layiq görülmüşdür.

11 ildir ki, "Sizi yolda qoymarıq" sloqanı ilə ucu-bucağı görünməyən bu yolda müştərilərimizlə əsl yol yoldaşına çevrildik.