Yolda Təmir Xidməti– Avtomobiliniz sizi yolda qoyubsa, bu heç də o demək deyil ki, onu mütləq evakuasiya etmək lazımdır. Xüsusi təchizatlı Yol Təmir Xidməti avtomobilləri sizin avtomobilinizi evakuasiya etmədən yolda nasazlıqlarının operativ aradan qaldırılmasını həyata keçirir. Buraya təkər təmiri, dəyişdirilməsi və doldurulması, kilidlənmiş qapıların açılması, akkumlyator dəstəyi və işə salınması, yanacaq çatdırılması, elektrik təchizatı testi və s. bu kimi xidmətlər daxildir. Qeyd edək ki, Yolda Təmir Xidmətində çalışan heyətimiz alman mütəxəssislər tərəfindən davamlı olaraq keçirilən xüsusi təlimlərdə iştirak edir.
Evakuasiya Xidməti – nasazlıq zamanı və ya hər hansı bir digər səbəbdən (həmçinin, qəza zamanı) avtomobilinizin bir məntəqədən digər məntəqəyə operativ şəkildə daşınmasıdır. Şirkət müxtəlif tonnajlı yük və sərnişin nəqliyyat vasitələrinin evakuasiyasını həyata keçirir. Bu xidmətdən istifadə etmək üçün bütün mobil operatorlardan 156 qaynar xəttinin yığılması və evakuasiyanın sifariş edilməsi gərəkdir. Evakuatorların geniş dislokasiya şəbəkəsi respublika əhəmiyyətli yollarının istənilən nöqtəsinə ən geci 30-45 dəqiqə ərzində çatmağa imkan verir. Bakı şəhərinin istənilən nöqtəsinə evakuatorların çatma müddəti isə 15 dəqiqədir.
Avtomobillərimiz funksional, yeni və gigiyenik cəhətdən təmiz olması bazarda rəqabət üstünlüyümüzü qabardır. Avtomobillərimizə texniki servisdə vaxtı-vaxtında qulluq edilir, peşəkar əməkdaşlarımız tərəfindən saz və təmiz saxlanılır.
Hər xidmətdən sonra müştərilərin rəy və təkliflərini öyrənən müştəri məmnuniyyəti şöbəsi isə xidmətimizi daha da təkmilləşdirməyə yardım edir.
Üstünlüklərimiz:
Avtomobilin icarə müddəti:
Ödəmə şərtləri:
Ödəniş:
Şərtlər və tələb olunan sənədlər:
Avtomobilin istifadəsi:
Avtomobillərin kirayə tarifinə daxil olanlar:
Avtomobillərin bakıda kirayə tarifinə daxil olmayanlar:
Avtomobillərin qiymətləri:
Avtomobil | 2-3 Gün | Həftəlik | Aylıq |
Hyundai Accent | 40 AZN/ Günlük | 35 AZN/ Günlük | 30 AZN/ Günlük |
Kia Cerato | 40 AZN/ Günlük | 35 AZN/ Günlük | 30 AZN/ Günlük |
Kia Rio | 30 AZN/ Günlük | 28 AZN/ Günlük | 25 AZN/ Günlük |
Hyundai Elantra | 40 AZN/ Günlük | 35 AZN/ Günlük | 30 AZN/ Günlük |
Toyota Corolla | 45 AZN/ Günlük | 40 AZN/ Günlük | 35 AZN/ Günlük |
Hyundai Ix 35 | 70 AZN/ Günlük | 65 AZN/ Günlük | 55 AZN/ Günlük |
Mitsubishi Pajero | 70 AZN/ Günlük | 65 AZN/ Günlük | 60 AZN/ Günlük |
Toyota Prado | 80 AZN/ Günlük | 75 AZN/ Günlük | 70 AZN/ Günlük |
Kia Sportage | 70 AZN/ Günlük | 65 AZN/ Günlük | 60 AZN/ Günlük |
Range Rover | 160 AZN/ Günlük | 150 AZN/ Günlük | 140 AZN/ Günlük |
Mercedes S-class | 150 AZN/ Günlük | 140 AZN/ Günlük | 130 AZN/ Günlük |
Mercedes Viano | 150 AZN/ Günlük | 130 AZN/ Günlük | 110 AZN/ Günlük |