Evakuasiya.Az :: Korporativ müştərilər üçün

Korporativ müştərilər şirkətimizin dəyər sisteminin ən önəmli parçasıdır. Korporativ müştərilərə xüsusi şərtlərlə və daha geniş xidmət spektrində əməkdaşlıq həyata keçirilir.

Korporativ müştərilər üçün şirkət aşağıdakı bazar cazibədarlığına malikdir:

1. Ən aşağı tariflər

2. Bütün Respublika ərazisində 24 saat xidmət

3. Keyfiyyət Nəzarət Sistemi: Şirkət 2011-ci ilin sentyabr ayında ISO9001:2008 beynəlxalq keyfiyyət idarəetmə standartına uyğunluq sertifikatını almışdır.

4. Daşınan nəqliyyat vasitərlərinə korporativ məsuliyyət

5. Geniş Avtomobil Qarajı

Korporativ müştərilər saytımızda olan xüsusi giriş vasitəsilə onların sifarişi əsasında evakuasiya olunmuş nəqliyyat vasitələrinə aşağıdakı nazarəti həyata keçirə bilirlər:

a. Nəqliyyat vasitəsinin evakuasiya olunmazdan əvvəl və sonra şəkilləri;

b. Evakuasiya xəritəsi: bütün evakuatorlar GPS ötürücü ilə təmin olunduğuna görə, evakuasiya zamanı və son məntəqəyə qədər evakuatorun hərəkət trayektoriyasını korporativ müştərilər saytda görmək imkanına malikdirlər;

Korporativ müştərilərə üç fərqli xidmət təklif edilir:

1. Evakuasiya Xidməti: nəqliyyat vasitələrinin (həmçinin, qəza vəziyyətində olan nəqliyyat vasitələrinin) respublikanın istənilən nöqtəsində evakuasiyasının həyata keçirilməsi.

2. Yolda Təmir Xidməti: nəqliyyat vasitələrinin yolda operativ təmirinin həyata keçirilməsi.

3. Alternativ Avtomobil Xidməti (Courtesy): yolda digər bir alternativ nəqliyyat vasitəsilə təmin edilmə.

Korporativ müştərilər üçün giriş:

http://evakuasiya.az/corporate/