Evakuasiya.Az :: Xidmətlər

156 xidməti sürücülərə 4 fərqli Yol Yardım Xidməti təklif edir:

Evakuasiya  nasazlıq zamanı və ya qəza zamanı avtomobilinizin bir məntəqədən digər məntəqəyə mövcud operativ şəkildə daşınmasıdır. Şirkət müxtəlif tonnajlı sərnişin və yük nəqliyyat vasitələrinin evakuasiyasını həyata keçirir. Bu xidmətdən istifadə etmək üçün bütün mobil operatorlardan 156 qaynar xəttinin yığılması və evakuasiyanın sifariş edilməsi lazımdır. Evakuatorların geniş dislokasiya şəbəkəsi respublika əhəmiyyətli yollarının istənilən nöqtəsinə ən geci 45-60 dəqiqə ərazində çatmağa imkan verir. Bakı şəhərinin istənilən nöqtəsinə evakuatorların çatma müddəti isə 15-20 dəqiqədir

Cari Evakuasiya Tarifləri ilə burada tanış ola bilərsiniz.

Yolda Təmir Xidməti Avtomobiliniz sizi yolda qoyubsa, bu heç də o demək deyil ki, onu mütləq evakuasiya etmək lazımdır. Xüsusi təchizatlı Yol Təmir Xidməti avtomobilləri sizin avtomobilinizi evakuasiya etmədən yolda bir sıra nasazlıqlarının operativ aradan qaldırılmasını həyata keçirir. Buraya təkər təmiri, dəyişdirilməsi və doldurulması, kilidlənmiş qapıların açılması, akkumlyator dəstəyi və işə salınması, yanacaq çatdırılması və s. bu kimi xidmətlər daxildir. Qeyd edək ki, Yol Təmir Xidmətində çalışan heyət alman mütəxəssislər tərəfindən xüsusi təlim keçmişdir.

Yol Təmir Xidmətindən istifadə etmək üçün siz “Evakuasiya.Az” şirkətinin üzvlük kartına sahib olmanız və ya 156 qaynar xəttinə müraciət etməniz lazımdır. Abşeron yarımadası ərazisində Yol Təmir Avtomobilinin bir çağırışı 15AZN-dir.

Alternativ Avtomobil Xidməti (Courtesy) Əgər avtomobiliniz sizi yolda qoyubsa və onun operativ təmiri mümkün deyilsə, bu zaman sizə yolunuza davam etmək üçün digər bir alternativ avtomobil təqdim edilir. Siz bu avtomobillə yolunuza davam edə və müəyyənləşdirilmiş müddət ərzində ondan istifadə edə bilərsiniz.

Alternativ Avtomobil Xidmətindən istifadə etmək üçün sizin “Evakuasiya.Az” şirkətinin üzvlük kartına sahib olmanız lazımdır. Üzvlük kartları haqqında daha ətraflı bura baxa bilərsiniz.

Ayıq Sürücü XidmətiƏgər siz alkoqollu içki qəbul etmisinizsə və ya hər hansı bir səbəbdən avtomobilinizi idarə etmək qabiliyyətinə malik deyilsinizsə, bu zaman bizim Ayıq Sürücü Xidmətindən istifadə edə bilərsiniz. Peşəkar sürücülərimiz siz və ailənizi təhlükəsiz bir şəkildə bir məntəqədən digərinə avtomobilinizi keyfiyyətli şəkildə idarə edərək aparacaqdır.

Bu xidmətdən istifadə etmək üçün “Evakuasiya.Az” şirkətinin üzvlük kartına sahib olmanız lazımdır. Üzvlük kartları haqqında daha ətraflı bura baxa bilərsiniz.

http://evakuasiya.az/services/