Korporativ müştərilər şirkətimizin dəyər sisteminin ən önəmli parçalarından biridir. Korporativ müştərilərlə xüsusi şərtlərlə və daha geniş xidmət spektirində əməkdaşlıq həyata keçirilir.

Korporativ müştərilər üçün şirkət aşağıdakı bazar cazibədarlığına malikdir:

  • Ən aşağı tariflər
  • Bütün Respublika ərazisində 24 saat xidmət
  • Keyfiyyət Nəzarət Sistemi: Şirkət 2011-ci ilin sentyabr ayında ISO9001:2008 beynəlxalq keyfiyyət idarəetmə standartına uyğunluq sertifikatını almışdır.
  • Daşınan nəqliyyat vasitərlərinə korporativ məsuliyyət
  • Geniş avtomobil qarajı
  • Müştərilərin təklif və iradlarını öyrənən müştəri məmnuniyyəti zəngləri
  • 120-dən çox müasir texniki göstəriciləri olan evakuasiya avtomobilləri
  • İstənilən çəkidə olan nəqliyyat vasitələrinin evakuasiyası
  • Peşəkar işçi heyəti
  • Abşeron yarımadasının istənilən nöqtəsinə ən geci 15-20, respublikanın istənilən nöqtəsinə isə ən geci 45-60 dəqiqə ərzində çatmaq
  • Daimi müştərilərə xüsusi güzəştlər
  • Asan ödəniş imkanı
  • Sürücüdən əlavə 2 sərnişinin daşına bilməsi

 

Korporativ müştərilər saytımızda olan xüsusi giriş vasitəsilə onların sifarişi əsasında evakuasiya olunmuş nəqliyyat vasitələrinə aşağıdakı nazarəti həyata keçirə bilirlər:

aNəqliyyat vasitəsinin evakuasiya olunmazdan əvvəl və sonrakı halı (foto vasitəsilə);

bEvakuasiya xəritəsibütün evakuatorlar GPS ötürücü ilə təmin olunduğuna görə, evakuasiya zamanı və son məntəqəyə qədər evakuatorun hərəkət trayektoriyasını korporativ müştərilər saytımız vasitəsilə izləmək imkanına malikdirlər.