Biz, Azərbaycanda ilk dəfə Yol Yardım Xidmətini (Roadside Assistance) tam şəkildə həyata keçirən şirkətik. Öz fəaliyyətimizə 2011-ci ilin fevral ayından etibarən başlamış və ilkin olaraq sürücülərin ixtiyarına ölkə ərazisində avtomobillərin evakuasiyası xidmətini təklif etmişik. 2011-ci ilin yanvar ayından etibarən 156 qaynar xətti istifadəyə vermiş və 24 saat ərzində sürücülərə xidmət göstərməyə başlamışdır.
Müştərilərimizə 3 fərqli xidmət təklif edirik: Evakuasiya Xidməti, Yolda Təmir Xidməti və Kirayə Avtomobil Xidməti . Hal-hazırda respublikanın bütün şəhərlərində dislokasiya məntəqələrimiz mövcuddur ki, bu da bütün ölkə ərazisində operativ xidmət göstərməyimizə imkan verir. Təkcə Bakı şəhəri və Abşeron yarımadasında 70-dən cox dislokasiya nöqtəsindən müştərilərə xidmət göstəririk.
Şirkət yarandğı gündən bu yana bir cox mükafatlar və sertifikatlara, habelə 2016-cı ildə “Təhlükəsizlik və Etibarlı Evakuasiya xidməti sayəsində İlin Şirkəti” naminasiyası, 2013-cü ildə “İlin Şirkəti” naminasiyası və 2011-ci ildə isə ISO9001: 2008 beynəlxalq idarəetmə sistemi uyğunluq sertifikatına layiq görülmüşdür.
Yolda Yardım Xidməti avtomobillərinin dislokasiyası zamanı iki prinsip əsas götürülmüşdür:
1. Respublikanın istənilən nöqtəsinə ən geci 30-45 dəqiqə ərzində çatmaq.
2. Abşeron yarımadasının istənilən nöqtəsinə ən geci 15 dəqiqə ərazində çatmaq.
Bazarda rəqabət üstünlüyümüzü 6 prinsip üzərində qururuq:
- Müştəri məmnuniyyəti;
- Ən aşağı tariflər;
- Bütün ölkə ərazisində 24 saat ərzində keyfiyyətli xidmətin göstərilməsi;
- Daşınan avtomobillərə korporativ zəmanət və korporativ məsuliyyət;
- Geniş avtomobil qarajı;
- Güclü keyfiyyət nəzarət sistemi;
Beynəlxalq əməkdaşlıq çərçivəsində “Evakuasiya.Az” MMC Avropanın ən böyük yol yardım xidməti şirkəti olan Almaniyanın ADAC (Allgemeiner Deutscher Automobil-Club) şirkəti ilə xüsusi tərəfdaşlıq statusuna malikdir və müştərilərinə Avropa ərazisində tərəfdaş şirkətlər vasitəsi ilə xidmət göstərir.