Korporativ müştərilər üçün

Korporativ müştərilər şirkətimizin dəyər sisteminin ən önəmli parçalarından biridir. Korporativ müştərilərlə xüsusi şərtlərlə və daha geniş xidmət spektirində əməkdaşlıq həyata keçirilir.

Korporativ müştərilər üçün şirkət aşağıdakı bazar cazibədarlığına malikdir:

  • Ən aşağı tariflər
  • Bütün Respublika ərazisində 24 saat xidmət
  • Keyfiyyət Nəzarət Sistemi: Şirkət 2011-ci ilin sentyabr ayında ISO9001:2008 beynəlxalq keyfiyyət idarəetmə standartına uyğunluq sertifikatını almışdır.
  • Daşınan nəqliyyat vasitərlərinə korporativ məsuliyyət
  • Geniş avtomobil qarajı
  • Müştərilərin təklif və iradlarını öyrənən müştəri məmnuniyyəti zəngləri
  • 120-dən çox müasir texniki göstəriciləri olan evakuasiya avtomobilləri
  • İstənilən çəkidə olan nəqliyyat vasitələrinin evakuasiyası
  • Peşəkar işçi heyəti
  • Abşeron yarımadasının istənilən nöqtəsinə ən geci 15-20, respublikanın istənilən nöqtəsinə isə ən geci 45-60 dəqiqə ərzində çatmaq
  • Daimi müştərilərə xüsusi güzəştlər
  • Asan ödəniş imkanı
  • Sürücüdən əlavə 2 sərnişinin daşına bilməsi

 

Korporativ müştərilər saytımızda olan xüsusi giriş vasitəsilə onların sifarişi əsasında evakuasiya olunmuş nəqliyyat vasitələrinə aşağıdakı nazarəti həyata keçirə bilirlər:

a. Nəqliyyat vasitəsinin evakuasiya olunmazdan əvvəl və sonrakı halı (foto vasitəsilə);

b. Evakuasiya xəritəsi: bütün evakuatorlar GPS ötürücü ilə təmin olunduğuna görə, evakuasiya zamanı və son məntəqəyə qədər evakuatorun hərəkət trayektoriyasını korporativ müştərilər saytımız vasitəsilə izləmək imkanına malikdirlər.