Adres: Şərifzadə küç. 168 A, AZ1000 Bakı şəhəri

Evakuasiya Xidməti – nasazlıq zamanı və ya hər hansı bir digər səbəbdən (həmçinin, qəza zamanı) avtomobilinizin bir məntəqədən digər məntəqəyə mövcud operativ şəkildə daşınmasıdır. Şirkət müxtəlif tonnajlı yük və sərnişin nəqliyyat vasitələrinin evakuasiyasını həyata keçirir. Bu xidmətdən istifadə etmək üçün bütün mobil operatorlardan 156 qaynar xəttinin yığılması və evakuasiyanın sifariş edilməsi lazımdır. Evakuatorların geniş dislokasiya şəbəkəsi respublika əhəmiyyətli yollarının istənilən nöqtəsiə ən geci 45-60 dəqiqə ərzində çatmağa imkan verir. Bakı şəhərinin istənilən nöqtəsinə evakuatorların çatma müddəti isə 15-20 dəqiqədir. Respublika ərazisində və Bakı şəhərində evakuasiya tarifləri ilə aşağıda tanış ola bilərsiniz.

Yolda Təmir Xidməti – Avtomobiliniz sizi yolda qoyubsa, bu heç də o demək deyil ki, onu mütləq evakuasiya etmək lazımdır. Xüsusi təchizatlı Yol Təmir Xidməti avtomobilləri sizin avtomobilinizi evakuasiya etmədən yolda bir sıra nasazlıqlarının operativ aradan qaldırılmasını həyata keçirir. Buraya təkər təmiri, dəyişdirilməsi və doldurulması, kilidlənmiş qapıların açılması, akkumlyator dəstəyi və işə salınması, yanacaq çatdırılması, elektrik təchizatı testi və s. bu kimi xidmətlər daxildir. Qeyd edək ki, Yolda Təmir Xidmətində çalışan heyət alman mütəxəssislər tərəfindən xüsusi təlim keçmişdir.

Yolda Təmir Xidmətindən istifadə etmək üçün siz “Evakuasiya.Az” şirkətinin üzvlük kartına sahib olmanız və ya 156 qaynar xəttinə müraciət etməniz lazımdır. Abşeron yarımadası ərazisində Yolda Təmir Avtomobilinin bir çağırışı 15AZN-dir.

Əgər sizin Yolda Təmir Xidməti kartınız varsa, o zaman bu xidmət pulsuz həyata keçirilir. Üzvlük kartları haqqında daha ətraflı burda baxın.

Alternativ Avtomobil Xidməti (Courtesy) – Əgər avtomobiliniz Sizi yolda qoyubsa və ya hər hansı bir səbəbdən sizə müəyyən müddət üçün avtomobil lazımdırsa, bu zaman sizə istədiyiniz yerdə istifadə üçün digər bir alternativ avtomobil təqdim edilir. Siz bu avtomobillə yolunuza davam edə və müəyyənləşdirilmiş müddət ərzində ondan istifadə edə bilərsiniz. Alternativ Avtomobil xidmətinin təqdim edilən avtomobilin markasından asılı olaraq qiyməti aşağıdakı kimidir:

Avtomobil Buraxılış ili Müddət Qiymət
Daewoo Lacetti 2011 1 gün 30AZN
Hyundai Accent 2011 1 gün 35AZN
Hyundai Sonata 2011 1 gün 50AZN
Toyota Prado 2011 1 gün 80AZN

Alternativ Avtomobil Xidmətindən istifadə etmək üçün sizin “Evakuasiya.Az” şirkətinin üzvlük kartına sahib olmanız lazımdır. Üzvlük kartları haqqında daha ətraflı bura baxa bilərsiniz.