Korporativ müştərilər üçün

Korporativ müştərilər şirkətimizin dəyər sisteminin ən önəmli parçasıdır. Korporativ müştərilərlə xüsusi şərtlərlə və daha geniş xidmət spektrində əməkdaşlıq həyata keçirilir.

Korporativ müştərilər üçün şirkət aşağıdakı bazar cazibədarlığına malikdir:

  •  Ən aşağı tariflər
  •  Bütün Respublika ərazisində 24 saat xidmət
  •  Keyfiyyət Nəzarət Sistemi (Şirkət 2011-ci ilin sentyabr ayında ISO9001:2008 beynəlxalq keyfiyyət idarəetmə standartına uyğunluq sertifikatını almışdır.)
  •  Daşınan nəqliyyat vasitərlərinə korporativ məsuliyyət
  •  Geniş Avtomobil Qarajı

 

Korporativ müştərilər evakuasiya olunmuş nəqliyyat vasitələrinə aşağıdakı formalarda nəzarət

edə bilərlər:

a. Nəqliyyat vasitəsinin evakuasiya olunmazdan əvvəl və sonra şəkilləri;

b. Evakuasiya xəritəsi: bütün evakuatorlar GPS ötürücü ilə təmin olunduğuna görə, evakuasiya zamanı və son məntəqəyə qədər evakuatorun hərəkət trayektoriyasını korporativ müştərilər saytda görmək imkanına malikdirlər;

Korporativ müştərilərə üç fərqli xidmət təklif edilir:

1. Evakuasiya Xidməti: nəqliyyat vasitələrinin (həmçinin, qəza vəziyyətində olan nəqliyyat vasitələrinin) respublikanın istənilən nöqtəsində evakuasiyasının həyata keçirilməsi.

2. Yolda Təmir Xidməti: nəqliyyat vasitələrinin yolda operativ təmirinin həyata keçirilməsi.

3. Kirayə Avtomobil Xidməti : yolda digər bir alternativ nəqliyyat vasitəsilə təmin edilmə.