Haqqımızda

Biz kimik?


Müxtəlif göstəricilərə sahib 140-dan çox evakuatorlarımız 24/7 xidmətinizdədir.

 


156 Evakuasiya xidməti olaraq 2011-ci ilin fevralından etibarən fəaliyyətə başlamış və sürücülərə avtomobillərin evakuasiyasını təklif etmişik. 156 Evakuasiya Azərbaycanda “Yol Yardım Xidməti”ni (Roadside Assistance) tam şəkildə həyata keçirən ilk şirkətdir. Müasir texniki göstəriciləri olan evakuator avtomobilləri ilə hazırda müştərilərimizə – evakuasiya, ağırtonnajlı yüklərin və konteynerlərin daşınması, batmış avtomobillərin çıxarılması xidmətlərini təklif edirik. Hazırda respublikanın bütün şəhərlərində (Naxçıvan MR istisna olmaqla) dislokasiya məntəqələrimiz mövcuddur ki, bu da bütün ölkə ərazisində operativ xidmət göstərməyimizə imkan verir. Təkcə Bakı şəhəri və Abşeron yarımadasında 70-dən çox dislokasiya nöqtəsindən müştərilərə xidmət göstəririk. Bu sayədə respublikanın istənilən nöqtəsinə minimum 15 dəqiqə ərzində çatırıq.

 

 


Şirkət yarandığı gündən bu yana bir çox mükafatlar və sertifikatlara, habelə 2011-ci ildə “Beynəlxalq İdarəetmə sisteminə uyğunluq” sertifikatına, 2013-cü ildə “İlin Şirkəti” nominasiyası üzrə nüfuzlu mükafatlara, 2016-cı ildə isə “Təhlükəsizlik və Etibarlı Evakuasiya xidməti” sahəsində “İlin Şirkəti”, mükafatına layiq görülmüşdür. 11 ildir ki, "Sizi Yolda Qoymarıq" sloqanı ilə ucu-bucağı görünməyən bu yolda müştərilərimizlə əsl yol yoldaşına çevrilmişik!