Ünvan: Şərifzadə küç. 168 A, AZ1000 Bakı şəhəri
ÜSTÜNLÜKLƏRİMİZ

HAQQIMIZDA


Biz, Azərbaycanda ilk dəfə Yol Yardım Xidmətini (Roadside Assistance) tam şəkildə həyata keçirən şirkətik. Öz fəaliyyətimizə 2011-ci ilin fevral ayından etibarən başlamış və ilkin olaraq sürücülərin ixtiyarına ölkə ərazisində avtomobillərin evakuasiyası xidmətini təklif etmişik. 2011-ci ilin yanvar ayından etibarən 156 qaynar xətti istifadəyə vermiş və 24 saat ərzində sürücülərə xidmət göstərməyə başlamışdır.

Müştərilərimizə 3 fərqli xidmət təklif edirik: Evakuasiya Xidməti, Yolda Təmir Xidməti və Kirayə Avtomobil Xidməti . Hal-hazırda respublikanın bütün şəhərlərində dislokasiya məntəqələrimiz mövcuddur ki, bu da bütün ölkə ərazisində operativ xidmət göstərməyimizə imkan verir. Təkcə Bakı şəhəri və Abşeron yarımadasında 70-dən cox dislokasiya nöqtəsindən müştərilərə xidmət göstəririk.

Şirkət yarandğı gündən bu yana bir cox mükafatlar və sertifikatlara, habelə 2016-cı ildə "Təhlükəsizlik və Etibarlı Evakuasiya xidməti sayəsində İlin Şirkəti" naminasiyası, 2013-cü ildə "İlin Şirkəti" naminasiyası və 2011-ci ildə isə ISO9001: 2008 beynəlxalq idarəetmə sistemi uyğunluq sertifikatına layiq görülmüşdür.

Yolda Yardım Xidməti avtomobillərinin dislokasiyası zamanı iki prinsip əsas götürülmüşdür:

1. Respublikanın istənilən nöqtəsinə ən geci 30-45 dəqiqə ərzində çatmaq.

2. Abşeron yarımadasının istənilən nöqtəsinə ən geci 15 dəqiqə ərazində çatmaq.

Bazarda rəqabət üstünlüyümüzü 6 prinsip üzərində qururuq:

  • Müştəri məmnuniyyəti;
  • Ən aşağı tariflər;
  • Bütün ölkə ərazisində 24 saat ərzində keyfiyyətli xidmətin göstərilməsi;
  • Daşınan avtomobillərə korporativ zəmanət və korporativ məsuliyyət;
  • Geniş avtomobil qarajı;
  • Güclü keyfiyyət nəzarət sistemi;

Beynəlxalq əməkdaşlıq çərçivəsində “Evakuasiya.Az” MMC Avropanın ən böyük yol yardım xidməti şirkəti olan Almaniyanın ADAC (Allgemeiner Deutscher Automobil-Club) şirkəti ilə xüsusi tərəfdaşlıq statusuna malikdir və müştərilərinə Avropa ərazisində tərəfdaş şirkətlər vasitəsi ilə xidmət göstərir.

0

İl Xidmətinizdə

0

Dislokasiya Nöqtəsi

0

+

Evakuasiya Xidməti

0

Şirkətdə İşçi Sayı